İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanadadan Ukraynaya silah-sursat axını: Rəqəmlər açıqlandı

Kanada aprel ayında elan etdiyi hərbi yardım paketinin bir hissəsini tezliklə Ukrayna Ordusuna çatdıracaq. 

Musavat.com xəbər verir ki, bu barədə UNİAN xəbər portalı məlumat dərc edib. 

Məlumatda qeyd edilir ki, ümumilikdə yardım paketində 21 min atıcı silah və 2,4 milyon patron var. Təxminən 5 min atıcı silah və bir milyon patronun çatdırılmasını yaxın həftələrdə başa çatdıracaq.

"Aprel ayında açıqlanan yardım paketinin çatdırılması qrafik üzrə davam edir. Pulemyotlar, avtomatlar, təmizləyici dəstlər və maqazinlər artıq Ukraynaya çatdırılıb, həmçinin 1 milyon 5,56 mm-lik patron və 4800 avtomatın çatdırılması nəzərdə tutulub", - xəbərdə deyilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR