Onlayn ictimai-siyasi qəzet
Kanadanın Kvebek əyalətində 4 uşaq balıq tutarkən onları su aparıb.
Musavat.com report-a istinadən xəbər verir ki, bu barədə "Reuters" yerli polisə istinadən məlumat yayıb.
Hadisə Kot Nor bölgəsindəki Portnöf-Sür-Merdə Müqəddəs Lourens çayında 11 nəfərdən ibarət qrup suda olarkən baş verib.
Məlumata görə, güclü axın 4 uşaq və 30 yaşlı kişi olmaqla 5 nəfəri aparıb. Daha sonra xilasedicilər huşsuz vəziyyətdə olan uşaqları taparaq xəstəxanaya çatdırıblar və onların öldüyü məlum olub.
İtkin düşən kişinin isə axtarışları davam edir.
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ