Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq Cinayət Məhkəməsinin noyabrın 21-də İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın “insanlığa qarşı cinayətlər və müharibə cinayətləri” ilə bağlı həbsinə order verməsindən sonra hər iki şəxsi həbs edəcəklərini açıqlayan ölkələrin sayı getdikcə artır.
Musavat.com xəbər verir ki, Kanada və Böyük Britaniya da belə bir analoji qərar veriblər.
Kanadanın baş naziri Castin Tryudo Beynəlxalq Cinayət Məhkəməsinin qərarına tabe olacağını açıqlayıb. Böyük Britaniyanın Baş naziri Kir Starmerin ofisi isə Benyamin Netanyahunun Böyük Britaniyaya daxil olacağı təqdirdə həbs olunacağını bildirib.
Cavanşir ABBASLI
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ