İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanada SEPAH-ı terror qruplaşması elan edib

Kanada İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terrorçu təşkilat kimi tanıyıb.

Kanadanın ictimai təhlükəsizlik naziri Dominik LeBlan, ədliyyə naziri Arif Virani və xarici işlər naziri Melani Colinin də qatıldığı mətbuat konfransında Kanadanın İran SEPAH-ı terror təşkilatı kimi tanıdığını rəsmən elan edib.

"Hökumətimiz Cinayət Məcəlləsinə əsasən İslam İnqilabı Keşikçiləri Korpusunun terrorçu təşkilatlar siyahısına salınması barədə qərar qəbul edib", - deyə Dominik LeBlan mətbuat konfransında bildirib.

Bu təşkilatın Kanadada vəsait toplamaq və ya əmlaka sahib olmaq qabiliyyətinə təsir edəcək eyni zamanda təşkilatda xidmət etmiş şəxslərin ölkəyə girişini məhdudlaşdıracaq.\\APA 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR