İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanada Rusiyanın "Ruslan" təyyarəsinin həbsinə GÖSTƏRİŞ VERİB

Kanada Xarici İşlər Nazirliyi Rusiyanın "An-124" ("Ruslan") təyyarəsini müsadirə edilməsi həbsi barədə əmr verib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya mediası Kanada Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Əmlak müsadirə edildikdən sonra Kanada hökuməti onun barəsində federal qanuna uyğun olaraq sərəncam verəcək.

Press-relizdə deyilir ki, təyyarə müsadirə olunarsa, Ottava Kiyevlə birlikdə “insan hüquqlarının pozulması qurbanlarına kompensasiya ödəmək, beynəlxalq sülh və təhlükəsizliyi bərpa etmək və ya Ukraynanı bərpa etmək planı üzərində işləyəcək.

Rusiya təyyarəsini Ukraynaya təhvil vermək planı Kanadanın baş naziri Castin Trüdonun Kiyevə elan edilməmiş səfəri zamanı verdiyi bəyanatdan məlum olub.

"Ruslan" Kanada hava limanında necə ilişib qalıb?

“Volqa-Dnepr” şirkətinə məxsus "Ruslan" təyyarəsi ötən il fevralın 27-də Kanadanın Pirson beynəlxalq hava limanında saxlanılıb. Bildirilib ki, təyyarə ölkəyə COVID-19 üçün ekspress-testlər partiyasını çatdırmaq üçün gəlmişdi.

Eyni zamanda, Kanada Rusiyada qeydiyyatdan keçmiş bütün təyyarələr üçün öz hava məkanından istifadəyə qadağa qoyub. Təyyarənin ekipajı Rusiyaya qayıdıb.

Aprel ayında Ukraynanın baş naziri Denis Şmıxal Kanadanın Rusiya aviaşirkətinin "An-124" təyyarəsini müsadirə edərək Kiyevə təhvil verəcəyini açıqlayıb.

Onun sözlərinə görə, Ottavadan yeni anti-Rusiya sanksiyalar paketi gözlənilir. Xüsusilə, bu sanksiyalar "An-124"-ə sahib olan Rusiyanın "Volqa-Dnepr" şirkətinə qarşı olmalıdır. Bundan əlavə, ABŞ 120 hüquqi və fiziki şəxsə qarşı sanksiya tətbiq edib.

Bundan əvvəl Şmıqal kanadalı sahibkarları respublikanın iqtisadiyyatına sərmayə qoymağa və dövlətin bərpasına qoşulmağa çağırıb. O, qeyd edib ki, Kiyev hakimiyyəti Kanada hökumətindən öz bizneslərinə Ukraynaya investisiyaları stimullaşdırmaq üçün effektiv alətlər təklif edəcəyini gözləyir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR