İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanada ABŞ-nin ölkəni anneksiya edə biləcəyini qəbul edib- SENSASİYA

Kanada Baş naziri Kastro Trudo, ABŞ Prezidenti Donald Trampın ölkəni anneksiya etmək fikirlərini zarafat kimi qiymətləndirmir və bunu ciddi təhlükə kimi qəbul edir.

Musavat.com xəbər verir ki, məlumatda deyilir: "Kastro Trudo aydın şəkildə bildirib ki, Trampın bəyanatlarını zarafat kimi qəbul etmir və Kanadanın anneksiyanı ciddi təhdid kimi qiymətləndirməli olduğunu düşünür".

Torontoda keçirilən şirkət rəhbərləri və müəssisə müdirlərinin iclasında Trudo, Kanadanın təbii ehtiyatlarının ABŞ üçün cəlbedici olduğunu və bu səbəbdən Donald Trampın ölkəni özünə birləşdirmək fikirlərini irəli sürdüyünü vurğulayıb.

Kanada hökuməti ABŞ ilə münasibətlərdə diqqətli olmaq və ölkənin suverenliyini qorumaq üçün lazımi tədbirlər görəcəyini bildirib.

Mənbə: The New York Times.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR