İnsanlara hürriyət, millətlərə istiqlal!

Kambocada yanğında ölənlərin sayı 26-ya yüksəlib

Kambocanın Poypet şəhərində “Diamond City Hotel and Casino” kompleksində baş verən yanğın sonucunda ölənlərin sayı 26 nəfərə çatıb.

“Report” yerli “Fresh News” portalına istinadən xəbər verir ki, ölənlərdən 17-si Tailand vətəndaşı, Nepal, Malayziya və Çinin isə 1 vətəndaşı həlak olub.

Daha 6 nəfərin kimliyi müəyyən edilməyib, ancaq onların da xarici ölkə vətəndaşları olduğu güman edilir.

Bundan başqa, olayda 57 nəfər xəsarət alıb.

Yanğının başvermə versiyaları arasında qaz balonu və ya yanacaq çəninin partlaması, habelə elektrik xətlərindəki problem var.

Xatırladaq ki, hadisə dekabrın 28-də gecə saatlarında başlayıb. Yanğını lokallaşdırmaq yalnız 10 saat sonra mümkün olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR