İnsanlara hürriyət, millətlərə istiqlal!

Kambocada motorlu qayıq qəzasında 8 məktəbli ölüb

Kambocanın cənubunda Mekonq çayında motorlu qayıq qəzasında 8 yeniyetmə ölüb, 3 nəfər itkin düşüb.

AZƏRTAC Kamboca mediasına istinadla xəbər verir ki, hadisə Kandal vilayətində oktyabrın 13-də axşam saatlarında baş verib. Qəza zamanı qayıqda onu idarə edən operatordan başqa 12-14 yaşlarında 14 yeniyetmə olub. Qayıq məktəbliləri dərsdən sonra ada-kənddəki evlərinə apararkən sahildən 50 metr məsafədə aşıb.

Bütün gecə boyu davam edən axtarış işləri nəticəsində 8 nəfərin meyiti tapılıb, operator da daxil olmaqla 4 nəfər xilas edilib. Hazırda itkin düşənlərin axtarışları davam edir. İlkin ehtimala əsasən, qayığın aşmasına həddən çox yüklənmə və yüksək sürət səbəb olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR