İnsanlara hürriyət, millətlərə istiqlal!

Kamala Harris Trampa "yox" dedi

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, onun demokrat rəqibi, ABŞ-ın vitse-prezidenti Kamala Harris sentyabrın 4-də "Fox News"da keçiriləcək seçkiqabağı debatdan imtina edib.

Musavat.com-un xəbərinə görə, "Kamala Harris bizə "Fox News"dakı debatda iştirak etməyəcəyini bildirdi", - deyə Tramp "Truth Social" sosial şəbəkəsindəki hesabında yazıb.

Tramp qeyd edib ki, bu, onu təəccübləndirmir. O, debatlar əvəzinə eyni tarixdə "Fox News" telekanalında seçicilərin suallarına cavab verəcək.

Respublikaçı daha əvvəl Harrislə üç raundda debat keçirmək istədiyini demişdi. Trampın təklifinə görə, birinci tur sentyabrın 4-də "Fox News"da, ikinci debat sentyabrın 10-da ABC telekanalında, üçüncü raund isə Respublikaçıların fikrincə, NBC-də keçirilməli idi.

İndiyə qədər Harris yalnız sentyabrın 10-da keçiriləcək debatda iştirak etməyə razılıq verib. Bununla belə, Demokratların prezidentliyə namizədi sentyabrın 10-dan sonra əlavə debatların keçirilməsi ideyasını müzakirə etməyə hazır olduğunu bildirib.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR