Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin plenar iclası büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsini davam etdirir.
Musavat.com xəbər verir ki, “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Hökumətin iqtisadi komandasının da iştirakı ilə keçirilən iclasa spiker Sahibə Qafarova sədrlik edir. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və digər şəxslərin iştirakı ilə keçirilən müzakirələr günün sonunadək davam edəcək.
E.Paşasoy,
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ