Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyanın Şimali Uels bölgəsində ABŞ-ın ən çox axtarılan cinayətkarlarından biri, 46 yaşlı Daniel Andreas San-Dieqo saxlanılıb.
Musavat.com-un “The Times” qəzetinə istinadən verdiyi xəbərə görə, San-Dieqo iki onillikdir ki, ədalətdən yayınırdı və ABŞ Federal Təhqiqatlar Bürosunun (FBI) terrorçular siyahısında idi.
O, 2003-cü ildə Kaliforniyada həyata keçirilən iki terror aktında iştirak etməkdə və heyvan haqlarını müdafiə edən radikal qruplaşma ilə əlaqələrdə ittiham olunur.
San-Dieqo əvvəllər həm ABŞ, həm də beynəlxalq hüquq-mühafizə orqanlarının genişmiqyaslı axtarışlarına baxmayaraq ədalətdən yayına bilmişdi. Onun həbs edilməsi FBI üçün böyük nailiyyət kimi qiymətləndirilir.
Hadisə ilə bağlı istintaq davam edir və San-Dieqonun ABŞ-a ekstradisiyası gözlənilir.
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ