Onlayn ictimai-siyasi qəzet
Kaluqa vilayətindəki qanunsuz ağac kəsməkdə şübhəli bilinən 63 yaşlı kişi qırğın törədib. O, meşə təsərrüfatı işçilərinə hücum edib: iki nəfəri radiatora zəncirləyib, qalanlarını isə küçədə güllələyib.
Musavat.com ArbatMedia portalına istinadla xəbər verir ki, daha sonra cinayətkar maşını yandıraraq intihar edib.
Bildirilir ki, bir gün əvvəl Kaluqa meşə təsərrüfatında ağacların qanunsuz kəsildiyi məlum olub. Səhər saatlarında meşə xidmətinin beş əməkdaşı qanunu pozduğu iddia edilən Sergey Borisovun evinə gedib.
Borisov mühəndis Lyudmila Nikitina və meşəçi Dmitri Ageyevi tutaraq istilik batareyasına zəncirləyib. Daha sonra o, küçəyə çıxaraq meşə qoruyucularını onun evinə gətirən sürücünü və iki meşəçini güllələyib. Hirsi soyumayan kişi onların gəldiyi xidməti avtomobili də yandırıb, hadisə yerinə polislər gələndə isə intihar edib.
Məlum olub ki, Borisov artıq qanunla bağlı problemlər yaşayıb. 2021-ci ildə o, qeyri-qanuni partlayıcı maddə saxladığına görə saxlanılıb. Sonra onun evində bütöv bir silah arsenalı tapılıb. Borisov bildirib ki, bu silahların sovet-alman müharibəsi zamanı döyüş gedən bölgələrindən toplayıb.
Musavat.com
25 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ