Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Kaliforniya ştatının Oklend şəhərində məktəbdə atışma nəticəsində azı 5 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə yerli KTVU televiziyası məlumat yayıb.
Bildirilib ki, yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə zamanı məktəb əhatəyə alınıb, uşaqlar və əməkdaşlar hazırda təxliyə edilir.
Məlumata görə, atışmanı 3 nəfər törədib. Polis şübhəliləri axtarır.
15 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ