İnsanlara hürriyət, millətlərə istiqlal!

Kahramanmaraşda 30 saat sonra möcüzə yaşandı - VİDEO

Kahramanmaraşda baş verən 7,6 və 7,7 bal gücündə zəlzələlərin üstündən 30 saat keçdikdən sonra 30 yaşlı Hülya Yılmaz və 6 aylıq körpəsi A.V.Y. xilas edilib.

BAKU.WS "Haberler.com"a istinadən xəbər verir ki, ana və körpəsi müalicə üçün xəstəxanaya yerləşdirilib.

Zəlzələdən sonra dağılan şəhərlərdə xilasetmə əməliyyatları davam edir.

Xilasetmə qrupları dağıntıların altından mümkün qədər çox insanı sağ çıxarmaq üçün zamana qarşı yarışır.

Qeyd edək ki, son məlumatlara görə, zəlzələ nəticəsində 3 432 nəfər ölüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR