İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırovun uşaqlarına məşq keçən sabiq MMA döyüşçüsü 31 yaşında öldü - FOTO

Rusiyalı qarışıq döyüş ustası (MMA) Abdul-Kərim Edilov 31 yaşında vəfat edib.

İdmançının ölüm səbəbi hələlik məlum deyil.

O, yüngül çəki dərəcəsində mübarizə aparıb. Edilovun 16-sı nokautla olmaqla 17 qələbəsi və dörd məğlubiyyəti var. 2019-cu ildə o, promouşeni tərk edib.

Qeyd edək ki, Edilov Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun uşaqlarının şəxsi məşqçisi olub.

O, 2021-ci ilin noyabrında Kadırovun katibliyinin rəhbəri, 2022-ci ilin fevralında isə respublika baş nazirinin gənclər siyasəti, idman və büdcəyə nəzarət üzrə müavini vəzifəsinə təyin edilib.

Ötən ay Edilov öz istəyi ilə vəzifəsindən istefa verib.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR