İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırovun müşaviri öldürülən blogerə görə ziyafət verdi - VİDEO

Çeçenistan Prezidenti Ramzan Kadırovun hüquq-mühafizə orqanları ilə iş üzrə müşaviri, Rusiya Federasiya Şurasının üzvü Suleyman Qeremeyev İsveçdə qətlə yetirilən müxalif çeçen blogerin ölümündən dərhal sonra ziyafət təşkil edib.

Mənbə iddia edib ki, bununla Suleyman Qeremeyev blogerə qarşı elan edilmiş “qan davası”nı qeyd edib.

Xatırladaq ki, müxalif baxışlarına görə Rusiyanı tərk edib İsveçdə siyasi sığınacaq almış və özünün “YouTube” kanalında Çeçenistanın rəhbəri Ramzan Kadırovu mütəmadi tənqid hədəfinə götürmüş Tumso Abduraxmanov dekabrın 1-dən 2-nə keçən gecə öldürülüb.

Məlumat üçün əlavə edək ki, İsveç hüquq-mühafizə orqanları hələlik bu xəbəri şərh etməyiblər.

Mənbə: Мot-tak.tv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR