İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırovun əsas tənqidçisi belə öldürülüb

Ramzan Kadırovun tənqidçisi, çeçen müxalifətçi bloger Tumso Abdurahmanov İsveçdə öldürülüb.

Musavat.com xəbər verir ki, bu barədə “1ADAT” teleqram kanalı məlumat yayıb.

İsveç polisi hələ ki, Tumso Abdurahmanovun qətli ilə bağlı xəbərləri nə təsdiqləyir, nə də şərh edir. İsveç Polis Departamenti ölkədə yaşayan bir şəxsin qətlə yetirilməsi ilə bağlı mətbuatda yayılan məlumatlardan xəbərdar olduğunu bildirməklə kifayətlənib.

Abdurahmanovun bu ilin dekabrın 1-dən 2-nə keçən gecə İsveçdə güllələndiyi qeyd olunur. “Bizdə onun ölümünü təsdiqləyən kifayət qədər məlumat var, qardaşı Məhəmməd isə xüsusi xidmət orqanları tərəfindən gizlədilib”, - deyə çeçen müxalifətçinin teleqram kanalının bəyanatında deyilir.

İsveçdə yaşayan Tumso Abdurahmanovun qardaşı Məhəmmədlə əlaqəni kəsməsi faktı dekabrın 2-də məlum olub. Elə həmin vaxt blogerin öldürülə biləcəyi barədə məlumatlar yayılıb.

Noyabrın 30-u axşam saatlarında Tumso Abdurahmanovun teleqram kanalında sonuncu qeydi dərc olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR