Onlayn ictimai-siyasi qəzet
Axmat-Çeçenistan bölməsinin 5 hərbçisi Kursk yaxınlığında gedən döyüşlərdə ukraynalı əsirlərə təslim olub.
Musavat.com xəbər verir ki, bu rəqəmi Çeçenistan rəhbəri Ramzan Kadırovun silahdaşı, general-mayor Apti Alaudinov açıqlayıb. O, Telegram-da vəziyyətlə bağlı ətraflı şərh dərc edib.
Alaudinov izah edib ki, Çeçenistanda çoxlu hərbi hissələr var və onun “Axmat” xüsusi təyinatlılarından olan döyüşçüləri düşmən tərəfindən əsir götürülməyib. Alaudinovun fikrincə, çeçen üçün əsir düşməkdən daha utancverici bir şey yoxdur.
Kadırovun silahdaşı əmin edib ki, o, artıq Ukrayna ordusuna təslim olan döyüşçülərin adlarını bilir.
“Əsir alınan çeçen artıq kadırovçu deyil”, - Alaudinov bildirib. O əlavə edib ki, avqustun 13-də “Axmat” bölməsinin əsgərləri 2-ci xüsusi təyinatlı briqadasının və 810-cu alayın əsgərləri ilə birlikdə Ukraynanın külli miqdarda texnikasını məhv etməyə nail olublar.
Bir gün əvvəl Alaudinov Kiyevin Axmat döyüşçülərinin Ukrayna əsirliyinə təslim olması ilə bağlı xəbərlərini saxtakarlıq adlandırmışdı.
İnternet resurslarında yayılan videogörüntülərə görə, ukraynalılara əsir düşən çeçen döyüşçülərin sayı Alaudinovun dediyindən 7-8 qat çoxdur.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ