İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırovu “el atası” etmək istəyirlər

Çeçen deputatlar Ramzan Kadırova “xalqın atası” və “Konstitusiyanın təminatçısı” titulları vermək istəyirlər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, onlar rayon rəhbəri vəzifəsinin adına “Mehkan Da” (“Xalq atası”) titulunun əlavə edilməsini təklif ediblər.

Sənədə əsasən, respublika parlamenti maddəyə dəyişiklik etməyi planlaşdırır. Çeçenistan Konstitusiyasının 63-cü maddəsi bölgə başçısının səlahiyyətlərini müəyyən edir. Parlamentarilər, həmçinin, həmin maddəyə Çeçenistan rəhbərinin respublika Konstitusiyasının, “insan hüquq və azadlıqlarının təminatçısı” olduğu barədə bəndin əlavə edilməsini təklif edirlər. Əvvəllər bu dəqiqləşdirmə yox idi.

“Qanun layihəsinin mahiyyəti və mənası çeçen xalqının mədəniyyətinin, özünəməxsusluğunun qorunub saxlanmasına və inkişafına yönəlmiş tədbirləri gücləndirməkdən ibarətdir”, - deyə layihənin müəlliflərindən biri Əhməd Dudayev bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR