Onlayn ictimai-siyasi qəzet
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov qeyri-müəyyən müəyyən müddətə məzuniyyətə çıxmaq istədiyini bildirib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” qəzeti məlumat yayıb.
“Bu gün mən Rusiya Federasiyasının vilayət rəhbərləri arasında ən uzunömürlü olduğumu öyrəndim. Vəzifədə çox uzun oturduğumu özüm də fərq etdim. Qeyri-müəyyən müddətə, uzun bir tətil haqqım olduğunu düşünürəm. Ümid edirəm ki, məni dəstəkləyəcək və başa düşəcəksiniz”, - deyə, Kadırov "Telegram"da müraciətində söyləyib.
Ramzan Kadırov müraciətində “qonaq nə qədər hörmətli olsa da, vaxtında getsə, daha xoşdur” çeçen atalar sözünü xatırladıb. Onun sözlərinə görə, “artıq vaxt gəlib çatıb”.
Qeyd edək ki, Ramzan Kadırov 2007-ci ildən Çeçenistana rəhbərlik edir. 2011-ci ilə qədər respublikanın prezidenti olub, lakin sonradan bu vəzifə ləğv edilib.
Musavat.com
14 Oktyabr 2024
01:40 Bakıdan qovulan İran mollası Cəmkəranda ortaya çıxdı və Livana yavan çörək təklif etdi - VİDEO
13 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ