İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırov “xüsusi əməliyyatı” müharibə adlandırmağa çağırdı

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynadakı “xüsusi əməliyyatı” müharibə adlandırmağa çağırıb. Onun fikrincə, savaş artıq Rusiya ərazisində (Kadırov Ukraynadan işğal olunmuş torpaqları da RF ərazisi sayır - red.) gedir. Kadırov həmçinin Rusiya regionlarının atəşə tutulmasına görə Ukrayna şəhərlərinin Yer üzündən silinməsini təklif edib.

Musavat.com xəbər verir ki, Ramzan Kadırovun bu ifadələri əks etdirən səsli mesajı öz Teleqram kanalında yayımlanıb.

Eyni mesajda Çeçenistan rəhbəri respublikanın 300-400 min sakinini müharibəyə göndərməyi təklif edib ki, bu da yerli əhalinin dörddə biri deməkdir. Kadırov Ukraynadakı savaşı satanizmlə müsəlman-xristianlar arasında müharibə adlandırıb və onları birləşməyə çağırıb.

Xatırladaq ki, bundan öncə “Kavkaz.Realii” saytı Ukraynada 140-a yaxın Çeçenistan vətəndaşının öldürüldüyünü yazıb. Bu rəqəm rəsmi göstəricidən bir neçə dəfə çoxdur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR