İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırov Donbasdakı "şeytana" görə QƏRAR VERDİ

Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib ki, Rusiya Donbasda "dünya şeytanı" ilə mübarizə apararkən onun vəzifəsini tərk etmək haqqı yoxdur və "müddətsiz məzuniyyət"ə getmək fikrindən vaz keçib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, teleqram kanalında danışıb.

"Ölkəmiz Donbasda qlobal satanizmlə mübarizə apardığı bu həlledici məqamda nə regional hakimiyyət orqanları, nə də bütün rütbələrdəki hərbi qulluqçular məzuniyyətə gedə bilər", - deyə Kadırov bildirib.

Ramzan Kadırov bütün ilini məzuniyyətsiz işləməyə hazır olduğunu və gələcəkdə Rusiya regionlarının liderləri arasında mövcud vəzifə müddəti rekordunu qırmaq istədiyini qeyd edib.

O, həmçinin Donetsk istiqamətindən əla informasiyalar gəldiyini və "daha bir neçə min əzmkar könüllü və elit döyüşçünün" artıq Donbasa göndərilmək üçün hazır olduğunu bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR