İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırov 26 yaşlı bacısı oğlunu Çeçenistana nazir təyin edib


Rusiyanın tərkibindəki Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov maraqlı təyinata imza atıb.


Musavat.com xarici agenltiklərə istinadən xəbər verir ki, o, 26 yaşlı qardaşı oğlu Həmzəti Çeçenistanın əmlak və torpaq münasibətləri naziri təyin edib.

Bu yaşa gələnə qədər Həmzət Tsentaroy kəndindəki hafiz məktəbinin müdiri, Kurçaloyevsk rayonunun başçı müavini, daha sonra rəhbəri, Çeçenistanın bədən tərbiyəsi və idman idarəsi rəisi vəzifələrində, habelə respublika rəhbərinin katibliyində çalışıb.


Ramzan Kadırov qardaşı oğlunu “istedadlı və icraçı lider” adlandırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR