İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadi “Qarabağ”a qayıtmaq üçün 500 min güzəştə getməyə razıdır - 1 şərti var

Rusiya mətbuatında “Krasnodar”ın vingeri Kadi Borgesin “Qarabağ”a qayıtmaq istədiyinə dair yeni xəbərlər yayılıb.

“RB Sport” saytı Ağdam klubunun braziliyalı futbolçuya illik 1,2 milyon avro maaş ödəməyə hazır olduğunu iddia edib.

Məlumata görə, Kadi avrokuboklarda oynamaq üçün “Krasnodar”dan getməyə hazırdır. Onun yeni mövsümdə sabiq komandası “Qarabağ”la Çempionlar Liqasında oynamaq istədiyi də bildirilir.

O da qeyd edilib ki, bu məqsədlə braziliyalı futbolçu “Qarabağ”da “Krasnodar”la müqayisədə daha az pula oynamağa hazırdır.

Onun hazırda Rusiyada ilinə 1,7 milyon avro gəlir əldə etdiyi bildirilir. Bununla belə, 1,2 milyon avro mümkün illik maaş isə “Qarabağ”da futbolçular arasında rekord gəlir olacaq.

Kadi Borgesin agenti Helsio Roberto bugünlərdə verdiyi açıqlamada braziliyalı oyunçunun "Qarabağ"a qayıda biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

O, futbolçunun Rusiya klubundan ayrılmaq fikrində olmadığını deyib: “Bu barədə deyəcək bir sözüm yoxdur. Kadi “Krasnodar”da hər şeydən razıdır”.

Hələlik bu xəbərlərə “Qarabağ”dan münasibət bildirilməyib.

Ukrayna müharibəsi ilə əlaqədar Rusiya klubları 2022-ci ilin fevralından avrokuboklardan uzaqlaşdırılıb və bu qərarın hələ uzun müddət qüvvədə qalacağı gözlənilir.

Kadi Borges 2023-cü ilin yanvarında “Qarabağ”dan ayrılaraq “Krasnodar”a keçib. Onun ruslarla 2026-cı ilin yayına kimi müqaviləsi var. (sportinfo.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR