Onlayn ictimai-siyasi qəzet
"Krasnodar"ın futbolçusu Kadi Borgesin "Qarabağ"a qayıdacağı ilə bağlı xəbərlər yayılıb.
Braziliyalının agenti Helsio Roberto Alisk məsələ haqda Rusiya mətbuatına danışıb.
O, Kadinin Rusiya klubundan ayrılmaq haqda düşünmədiyini bildirib:
"Kadinin "Qarabağ”a qayıdacağı ilə bağlı yayılan xəbərlər haqda deyəcək heç bir sözüm yoxdur. Kadi "Krasnodar"dakı vəziyyətindən razıdır".
Xatırladaq ki, Borgesin "Krasnodar"la hazırkı müqaviləsi 2026-cı ilin iyun ayına qədər qüvvədədir.
Qeyd edək ki, Kadi 2021-2022-ci illərdə "Qarabağ"da oynayıb. (offsideplus.az)
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ