İnsanlara hürriyət, millətlərə istiqlal!

Kabulda hava limanındakı partlayışda 10 nəfər ölüb, 8 nəfər yaralanıb

Əfqanıstanın paytaxtı Kabulda beynəlxalq hava limanında törədilən partlayış nəticəsində azı 10 nəfər ölüb, 8 nəfər yaralanıb.

Musavat.com xəbər verir ki, bu barədə “Taliban” hökuməti bildirib.

Məlumata görə, hadisə baş verən ərazidə yollar bağlanıb. Partlayış törədilən əraziyə hərbçi, təcili tibbi yardım briqadaları cəlb olunub.

Bununla yanaşı, Əfqanıstan Daxili İşlər Nazirliyinin binası yaxınlığında, hava limanına gedən yolda yanğın da baş verib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR