Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan “Mülki müqavilə” partiyasının İdarə Heyətinin iclasında hüquq-mühafizə orqanlarında baş alıb gedən korrupsiya faktları haqqında danışıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeti məlumat yayıb.
Qəzetin informasiyasına əsasən, Paşinyan COVID-19 dövrü ilə bağlı ifşalardan, hökumət daxilində məmurların korrupsiya əməliyyatları ilə bağlı tutulmalardan bəhs edib.
Erməni mediası son günlərdə İrəvanın vitse-meri, səhiyyə nazirinin keçmiş müavini Gevork Simonyan, habelə Ermənistanın keçmiş səhiyyə naziri Arsen Torosyanla bağlı qalmaqallara diqqət çəkib.
Paşinyanın məlum iclasda Torosyanı bağışlamayacağı dediyi iddia olunur.
Musavat.com
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ