Onlayn ictimai-siyasi qəzet
Məşhur fransız aktyor Jerar Depardye ona qarşı irəli sürülən cinsi təcavüz iddialarına görə Parisdə polis bölməsinə aparılıb.
Aktyor iki qadın tərəfindən cinsi təcavüzdə ittiham olunur. Onların sözlərinə görə, hadisələr iki filmin (2014-cü ildə şəkilən “Sehrbaz və siamlılar” və 2021-ci ildə istehsal olunan “Yaşıl panjurlar”) çəkiliş meydançasında baş verib.
Aktyor özü bu ittihamları rədd edir.
Bundan əvvəl Jerar Depardye aktrisa Şarlotta Arnuya qarşı zorlama və cinsi təcavüzdə də ittiham olunub.
Cinayətin sübutu olmadığı üçün iş bağlanıb, lakin bu qərardan verilən apellyasiya şikayətindən və təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında üzləşdirmədən sonra istintaq bərpa edilib.
2020-ci ilin dekabrında Depardye təqsirləndirilən şəxs statusu alıb. Lakin ittiham irəli sürüldükdən sonra o, məhkəmə nəzarəti altında sərbəst buraxılıb. Aktyor qadınlarla intim münasibətinin qarşılıqlı razılıq əsasında olduğunu bildirir və zorakılıq ittihamını rədd edir.
Musavat.com
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ