İnsanlara hürriyət, millətlərə istiqlal!

Jeff Guzzettidən şok açıqlama: AZAL təyyarəsinin qəzaya uğraması raketlə vurulma ilə əlaqələndirilir  

Dünyanın tanınmış aviasiya ekspertlərindən biri olan Jeff Guzzetti AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı Real TV-yə verdiyi açıqlamalarda sensasion iddialar irəli sürüb. Onun sözlərinə görə, əldə olunan ilkin məlumatlar və sübutlar hadisənin səbəbi kimi təyyarənin raketlə vurulmasını göstərir.

Jeff Guzzetti kimdir?

Jeff Guzzetti aviasiya təhlükəsizliyi sahəsində 35 ildən çox təcrübəyə malik nüfuzlu bir mütəxəssisdir. O, ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) kimi qurumlarda çalışmış, aviasiya hadisələrinin təhqiqatı və təhlükəsizlik analizi sahəsində dərin bilik və təcrübə qazanıb. Hazırda o, özünün qurduğu “Guzzetti Aviation Risk Discovery LLC” (GuARD) şirkətinin prezidentidir və aviasiya təhlükəsizliyi üzrə məsləhət xidmətləri göstərir.

Guzzetti həmçinin ABŞ-ın Nəqliyyat Təhlükəsizliyi İnstitutunda (TSI) aviasiya təhlükəsizliyi üzrə təlimlər keçir və müxtəlif aviasiya təşkilatlarına məsləhətçilik edir. O, aviasiya təhlükəsizliyi mövzusunda bir çox televiziya proqramlarında ekspert qismində çıxış edib.

Guzzetti-nin geniş təcrübəsi və peşəkarlığı onun aviasiya təhlükəsizliyi sahəsində etibarlı və mötəbər bir ekspert kimi tanınmasına səbəb olub

Mövzu ilə bağlı daha ətraflı məlumat üçün Musavat.com-un təqdim etdiyi video materialı izləyə bilərsiniz.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Dekabr 2024

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR