Onlayn ictimai-siyasi qəzet
Qazaxıstanda daşqın vəziyyətinə görə 6,5 mindən çox insan təxliyə məntəqələrində qalıb.
Musavat.com yerli mediaya istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Əsgər Şarip brifinqdə məlumat verib.
“Respublika üzrə 7089 fərdi yaşayış binasından və 2834 həyətyanı sahədən su çəkilib. 39 352 nəfər öz evlərinə qayıdıb. 6552 nəfər təxliyə mərkəzlərində qalıb”, - nümayəndə bildirib.
Bildirilir ki, mülki müdafiə xidmətləri, könüllülər və cəlb edilmiş təşkilatlar Atırau, Aktobe, Qərbi Qazaxıstan və Şimali Qazaxıstan vilayətlərində daşqınların fəsadlarının aradan qaldırılması və əhaliyə yardımın göstərilməsi istiqamətində işləri davam etdirir.
Atırau vilayətində 41 yaşayış məntəqəsi boyunca qoruyucu tikililər ucaldılıb. Daşqın dövründə bu rayonda 500 km-dən artıq qoruyucu tikililər tikilib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Jayık çayının suyunun səviyyəsini hər saat nəzarətdə saxlayırlar.
Musavat.com
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ