Onlayn ictimai-siyasi qəzet
Qırğızıstan və Özbəkistan sərhədində tarixi hadisə baş verir - Qırğızıstanın Barak anklavı Özbəkistana keçir.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, nübadilə ilə bağlı razılıq 2022-ci ilin noyabrında əldə edilib, lakin sakinlərin köçürülməsi zərurəti səbəbindən köçürmə prosesi gecikib.
Bildirilir ki, bir gün əvvəl Qırğızıstan prezidenti Sadır Japarov keçmiş eksklavın sakinləri üçün yeni Janı-Barak (Yeni Barak) kəndinin tikintisinin bünövrəsinə kapsul qoyub. Bu addım Qırğızıstanın təkcə Özbəkistanla deyil, həm də Tacikistanla sərhədində mövcud olan digər anklav və eksklavlarla problemin həllinə yol açır. Bu həll olunmamış problem üzündən Tacikistan sakinləri ilə Qırğızıstan sərhədçiləri arasında sərhəddə atışma olub.
Əvvəllər Barak təxminən 285 hektar ərazisi ilə Qırğızıstanın ən böyük eksklavi idi. Onun ərazisində 1000-ə yaxın insan yaşayırdı, onların 99%-i qırğızlar idi. Kənddə 200 şagirdin təhsil aldığı məktəb var idi. Lakin Qırğızıstan-Özbəkistan sərhədinin bağlanması və onu keçməkdə yaranan çətinliklər səbəbindən sakinlər bu ərazini tərk etmək məcburiyyətində qalıblar. Bişkek və Daşkənd arasında ərazilərin mübadiləsinə dair danışıqlar prosesi kifayət qədər uzun müddət əvvəl başlasa da, onu yalnız indi başa çatdırmaq mümkün olub.
Musavat.com
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ