İnsanlara hürriyət, millətlərə istiqlal!

İyunda bu meyvə və tərəvəzləri yeyənlər həkim üzü görməyəcək

Türkiyəli professor Canan Karatay iyun ayı üçün tövsiyə etdiyi tərəvəz və meyvələri açıqlayıb.

Dərman əvəzinə təbii meyvə və tərəvəzləri tövsiyə edən Canan Karatay onların əksəriyyətini çiy yeməyi və ya çox az bişirməyi məsləhət görür:

- Yaşıl soğan

- Təzə sarımsaq

- Paxla

- Ənginar

- Kök

- Üzüm yarpağı

- Pərpərən

- İspanaq

- Təzə lobya

- Yaşıl noxud

- Qabaq

- Yaşıl bibər

- Xiyar

Professor xüsusilə yaşıl soğanın çox faydalı olduğuna diqqət çəkib. Təzə soğan antioksidantdır. Bu birləşmələr bədəni qoruyur və hüceyrə zədələnməsinin qarşısını alır. İmmunitet sistemini gücləndirir. Yaxşı bir C vitamini mənbəyidir. Xəstəliklərə qarşı müqaviməti təmin edir. Qan şəkərini balanslaşdırır. Xolesterolu aşağı salır. Ürək sağlamlığını qoruyur. Həzmə kömək edir. Xərçəng riskini azaldır. Xüsusilə bağırsaq, mədə və prostat xərçəngi riskini azaltmaqda təsirli olduğu düşünülür. (Medicina.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR