İnsanlara hürriyət, millətlərə istiqlal!

İYİ Partiyada ŞOK İSTEFA

İYİ Partiyada istefalar davam edir.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, partiyanın İstanbul millət vəkili Ayşə Sibel Yanıkömeroğlu istefa verdiyini açıqlayıb.

"Qurucu Heyətinin üzvü olduğum İYİ Partiyadan istefa verdim. İndiyə qədər etdiyim kimi bundan sonra da ölkəmin maraqlarını üstün tutaraq fəaliyyətimi davam etdirəcəyəm”, - deyə siyasətçi bildirib.

Qeyd edək ki, Ankara millət vəkili Adnan Beker də İYİ Partiyadan istefa verib. Bekerdən əvvəl Əskişəhər millət vəkili İdris Nəbi Hatipoğlu da istefa verərək Ədalət və İnkişaf Partiyasına (AKP) üzv olub.

Bundan əvvəl İYİ Partiyanın sabiq Ankara millət vəkili Durmuş Yılmaz və partiyanın keçmiş sədr müavini Bahadır Erdem də istefa verdiyini açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR