İnsanlara hürriyət, millətlərə istiqlal!

İtkin düşən rus turistlər Qırğızıstan dağlarında tapılıb

Qırğızıstanda fövqəladə hallar xidmətinin işçiləri dağlarda gəzərkən yoxa çıxan rusiyalı turistləri tapıblar.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, bu barədə respublika Fövqəladə Hallar Nazirliyinin rəsmi Telegram kanalında məlumat verilib.

"Axtarışda olan turistlər sağ-salamat tapılıb", - idarədən bildirilib.

Aşıqlamada qeyd olunur ki, Rusiya vətəndaşları müstəqil şəkildə Novosibirskdən olan tanışları ilə əlaqə saxlayıblar. Bundan sonra Qırğızıstan xilasediciləri pilotsuz uçuş aparatı (PUA) vasitəsilə turistlərin yerini müəyyənləşdirə biliblər.

Qırğızıstan FHN-in məlumatına görə, itkin düşənlərin axtarışına ümumilikdə 18 mütəxəssis cəlb olunub.

Mayın 8-də departamentin mətbuat xidməti üç Rusiya vətəndaşının Qırğızıstan ərazisində dağlıq ərazidə yoxa çıxdığını bildirib. Turistlər İssık-Ata dərəsindən Alamud dərəsinə keçid zamanı əlaqəni kəsiblər. İtkin düşən səyahətçilərdən ikisinin 62, üçüncünün isə 58 yaşı var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR