İnsanlara hürriyət, millətlərə istiqlal!

İtkin düşən ilahiyyat fakültəsi tələbəsi ÖLÜ TAPILDI

Türkiyənin Sakarya vilayətində bir müddətdir xəbər alına bilməyən ilahiyyat fakültəsinin tələbəsi Adapazarı rayonunda boş tarlada ölü tapılıb.

Musavat.com xəbər verir ki, qətl ola biləcəyini ehtimal edən polislər işi müxtəlif aspektlərdən araşdırır.

Bildirilir ki, ilahiyyat fakültəsinin tələbəsi, imam naibi vəzifəsini icra edən Bəkir Türkerdən mayın 13-dən bəri xəbər yoxdur. Türkerdən yoxa çıxmasından narahat olan dostları vəziyyəti polis qruplarına xəbər verib.

Faktla bağlı araşdırmalara başlayan polis qrupları, Adapazarı rayonu Şimal Terminal ərazisindəki boş sahədə Türkerin cib telefonunu tapıb.

Axtarışları genişləndirən polislər səhər saatlarında Türkerin cəsədini Dağdibi Məhəlləsində boş bir sahədə tapıblar. 

Musavat.com 

Haber alınamayan İlahiyat Fakültesi öğrencisinin cesedi boş arazide bulundu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR