İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliyanın müdafiə naziri: “Müharibənin qalibi olmayacaq”

“Ukrayna İtaliyadan hava hücumundan müdafiə sistemləri, o cümlədən Fransa-İtaliya birgə istehsalı olan SAMP/T qurğularını tələb edib”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Quido Krozetto danışıb.

Onun fikrincə, Avropa İttifaqı Ukraynaya silah verən ölkələrə maliyyə dəstəyi göstərməlidir. Müdafiə naziri İtaliyanın Avropa Müdafiə Agentliyinin birgə satınalma təkliflərinə də açıq olduğunu bildirib.

Quido Krozetto Avropanın Ukraynanın məğlub olmasına heç vaxt imkan verməyəcəyini, lakin müttəfiqlərin də sülh danışıqları üçün zəmin yaratmalı və Moskva ilə gərginliyin artmasına yol verməməli olduğunu vurğulayıb.

“Ənənəvi anlamda bu müharibədə qalib olmayacaq və onlar da (Rusiya) bundan xəbərdardır”, - deyə Krozetto bildirib.

O əlavə edib ki, Avropa torpaqlarında genişmiqyaslı müharibənin başlanması indi bütün Aİ ölkələrində müdafiəyə baxış tərzini dəyişib və bu səbəbdən gələcək çətinliklərlə üzləşmək üçün əsaslı dəyişiklik tələb olunur. “Avropa müharibəsiz bir dünyada müdafiəsini qura biləcəyini düşünürdü, birdən yuxudan oyandı və ənənəvi işğal, ərazi ilhaqı müharibəsinin mümkün olduğu bir reallıqla üzləşdi”, - deyə italyan nazir söyləyib.

Krozettonun sözlərinə görə, Avropa orduları təhdidlərə tez reaksiya verən xüsusi təyinatlı qüvvələri dəstəkləməli, eyni zamanda bütün müdafiə sənayesi daha səmərəli olmalıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR