İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliyalı futbolçu oyun zamanı dünyasını dəyişib

İtaliyanın həvəskarlar liqasında çıxış edən "Kuincentole" klubunun futbolçusu Dimitri Roveri oyun vaxtı dünyasını dəyişib.

"Report"un məlumatına görə, buna kapitanın infarkt keçirməsi səbəb olub. Hadisə "Kazalpolyo"ya qarşı matçda baş verib. Huşunu itirərək yerə yıxılan 27 yaşlı oyunçu dərhal Milan şəhərindəki "San-Raffaela" xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

O, bir müddət öncə sentyabrda ata olacağını açıqlamışdı.

Qeyd edək ki, Dimitri Roveri həm də qocalar evində bağban və təmizlikçi işləyirdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR