Onlayn ictimai-siyasi qəzet
İtaliyada hüquq-mühafizə orqanları Siciliya mafiyasına qarşı genişmiqyaslı əməliyyat keçirib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, əməliyyat çərçivəsində təxminən 130 nəfər saxlanılıb.
Polisin məlumatına görə, saxlanılanlar çoxsaylı cinayətlərdə, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsində, adam öldürməyə cəhddə, hədə-qorxu ilə pul tələb etməkdə və qanunsuz odlu silah saxlamaqda şübhəli bilinirlər.
İtaliyanın baş naziri Giorgia Meloni X sosial şəbəkəsindəki paylaşımında əməliyyatın "Siciliya mafiya klanı Cosa Nostra üçün güclü zərbə" olduğunu vurğulayıb.
Mediada yayılan xəbərlərdə qeyd olunur ki, “Cosa Nostra” bu gün bir tərəfdən ötən əsrdə işlənmiş fəaliyyətlərin əlaqələndirilməsi üsullarından, digər tərəfdən isə kriptovalyuta kimi müasir texnologiyalardan fəal şəkildə istifadə edir.
Polis deyir ki, “Cosa Nostra” hələ də Siciliyalı gəncləri cəlb edir.
Musavat.com
11 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ