İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliyada Po çayı quruyub, II dünya müharibəsində batan gəmi üzə çıxıb

İtaliyada Alp dağlarından Adriatik dənizinə axan Po çayı son 70 ilin ən böyük quraqlığı ilə üzləşib və nəticədə II dünya müharibəsində çayda batan gəmi üzə çıxıb.

AZƏRTAC xəbər verir ki, II dünya müharibəsində odun daşımaq üçü istifadə olunan və 1943-cü ildə batan “Zibello” adlı gəmi Po çayında suyun səviyyəsi aşağı düşməsi ilə üzə çıxıb.

Qeyd edək ki, İtaliyadakı quraqlıq narahatlığa səbəb olub. Ölkənin şimalında 110 gündən çoxdur ki, yağış yağmayıb. Bu il qar yağışı 70 faiz azalıb. Nəticədə isə ölkənin ən böyük çayı olan Poda suyun səviyyəsi 70 faizədək azalıb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR