İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliya və Liviya 10 ildən sonra BUNU ETDİ

İtaliya və Liviya 10 ildən artıq bir fasilədən sonra şənbə günü kommersiya aviadaşımalarını bərpa ediblər, ölkələr arasında uçuşların bundan sonra həftədə bir dəfə həyata keçirilməsi gözlənilir.

Bu barədə "Associated Press" məlumat yayıb.

Şənbə günü uçuş Liviyanın "Medsky Airways" aviaşirkəti tərəfindən həyata keçirilib: sərnişinlər paytaxt Tripolidəki Mitiqa Beynəlxalq Hava Limanından Romadakı Leonardo da Vinçi Fyumiçino Hava Limanına yola düşüblər. Romadan qayıdan təyyarə şənbə günü Tripoliyə enəcək və gələcəkdə Liviya ilə İtaliya paytaxtları arasında birtərəfli uçuşlar şənbə günləri, geri dönüş isə çərşənbə günləri yerinə yetiriləcək. (Report)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR