Onlayn ictimai-siyasi qəzet
“Roma Ukraynada sülhün əldə olunması üçün istənilən cəhdi dəstəkləyəcək”.
Bu barədə İtaliya Baş naziri Corciya Meloni mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, fevralda, müharibənin başlanmasının birinci ildönümündən əvvəl Kiyevə getmək niyyətindədir.
“Sülhün nizamlanması üzərində konkret şəkildə işləmək lazımdır. Hər iki tərəfdən siqnalın olması zəruridir. Bu gün əhəmiyyətli siqnallar yoxdur. Lakin mən Ukrayna Prezidenti Volodimir Zelenski ilə söhbət zamanı onun bu istiqamətdə təşəbbüs göstərmək niyyətində olduğunu eşitdiyimə sevindim. İtaliya sülh prosesinin təminatçısı kimi çıxış etməyə hazırdır, buna görə də mən fevralın 24-dək (2023-cü il) Kiyevə səfər etmək niyyətindəyəm”, - deyə Meloni vurğulayıb.//Oxu.az
12 Oktyabr 2024
11 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ