İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliya surroqat anaların xaricdə istifadəsini qadağan edib

İtaliya Senatı xaricdə bu təcrübəyə müraciət etmiş cütlüklər üçün surroqat analığa qadağa qoyub.

Musavat.com BBC-yə istinadla xəbər verir ki, bundan sonra onların hərəkətləri “ümumbəşəri cinayət” kimi təsnif ediləcək və surroqat analıq xidmətlərindən istifadə etmiş italiyalı cütlüklər cinayət məsuliyyətinə cəlb oluna bilər.

İtaliyalı senatorlar bir vaxtlar baş nazir Corci Meloninin hakim “İtaliya qardaşları” partiyası tərəfindən təqdim edilən qanun layihəsini təsdiqləyib və o, bunu “qadınların bədənlərinin və uşaqların kommersiyalaşdırılmasına qarşı yönəlmiş sağlam düşüncə norması” kimi qiymətləndirib.

Apennin adalarında surroqat analıq 2004-cü ildən qadağan edilib. Qanunu pozanları üç aydan iki ilədək həbs və 600 min avrodan 1 milyon avroya qədər cərimə gözləyir.

Öz ölkələrində problemlə üzləşmək istəməyən bir çox italyan qadın surroqat analığa icazə verilən ölkələrə səyahət edib. İndi onlar xarici ölkələrdə də bu hüquqdan istifadə edə bilməyəcəklər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR