İnsanlara hürriyət, millətlərə istiqlal!

ISW: “İranda edamlar etirazlara yeni təkan verə bilər”

Məhsa Əmininin qətlə yetirilməsindən sonra İranı bürüyən etirazların ilk iştirakçısı olan 23 yaşlı Möhsün Şekarinin edam olunması ölkədə davam edən etirazlara yeni təkan verə bilər.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.

Analitiklərin fikrincə, rejim edamdan nümayişçiləri qorxutmaq məqsədilə istifadə edir.

Onlar vurğulayırlar ki, nə Şekari, nə də ailəsi onun edamı barədə əvvəlcədən məlumatlandırılmayıb. Rejim onun meyitini gizli dəfn etməklə, ailəsini bu imkandan məhrum edib.

"Rejim çox güman ki, Şekarinin edamından əvvəl etirazçıların toplaşmasının qarşısını almağa, onları gələcəkdə anım mərasimlərinin keçirilə biləcəyi və potensial olaraq nümayişlərə çevrilə biləcək dəfn yerindən məhrum etməyə çalışıb. Bununla belə, Şekarinin gizli dəfni etirazçılara onu istənilə yerdə yad etməyə imkan verir”, - hesabatda bildirilir.//report.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR