İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçrədən Monakoya uçan helikopterdə rusiyalı biznesmen ölüb

İsveçrədən Monakoya uçan helikopter qəzaya uğrayıb, 2 nəfər ölüb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, ölənlərdən biri “Forex Club”ın təsisçisi, rusiyalı biznesmen Vyaçeslav Taran, digəri isə 35 yaşlı pilotdur.

Helikopterin məxsus olduğu şirkət “Monacair” rəsmi olaraq istintaqın təfərrüatlarını şərh etməyib.

Xatıladaq ki, V.Taran Rusiyanın “Forex” bazarında 3 aparıcı iştirakçıdan biri olan şirkətlər qrupunu – “Forex Club”ı təsis edib. Şirkətlər qrupuna maliyyə və təhsil şirkətləri daxildir. Rusiyalı iş adamı son 10 ildə Monakoda yaşayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR