İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçin yeni Baş naziri Türkiyə ilə razılaşmaya sadiq qaldıqlarını açıqlayıb

İsveçin yeni seçilən Baş naziri Ulf Kristersson ölkəsinin NATO-ya üzv olmasına dair Türkiyə ilə əldə edilən razılaşmaya sadiq qaldıqlarını bildirib.

“Report”un xəbərinə görə, İsveçin Baş naziri bu barədə “Anadolu” agentliyinə müsahibəsində məlumat verib.

O, razılaşmaya sadiq qalaraq müqavilənin tələblərini yerinə yetirmək üçün bütün güclərini səfərbər edəcəklərini söyləyib: “NATO-ya üzvlük İsveç və Finlandiya üçün çox önəmlidir. Türkiyə ilə NATO-ya üzvlüyə dair razılaşmaya sadiqik. Biz Türkiyə, İsveç və Finlandiya arasındakı razılaşmanın tələblərini yerinə yetirmək üçün əlimizdən gələni edəcəyik”.

Baş nazir Türkiyə rəsmiləri ilə məsələni müzakirə edəcəklərini dialoq çərçivəsində problemlərin həllinə nail olacaqlarını da vurğulayıb: “Arzumuz İsveç və Finlandiyanın NATO üzvlüyünə tərəfdaş kimi qəbul olunmasıdır”.

Xatırladaq ki, bu il iyunun 28-də NATO-nun Madriddə keçirilən Zirvə toplantısında Türkiyə, Finlandiya və İsveç arasında Üçtərəfli Memorandum imzalanıb. Memorandum çərçivəsində yaradılmış Daimi Birgə Mexanizmin ilk iclası avqustun 26-da Finlandiyanın Vantaa şəhərində keçirilib. Oktyabrın 5-6-da isə Ankarada Türkiyə Ədliyyə Nazirliyinin rəsmiləri İsveçdən olan həmkarları ilə görüşüblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR