İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçdən Türkiyə ilə bağlı gözlənilməz qərar – İmtina etdilər

İsveçdə yaşayan Fəthullahçı Terror Təşkilatının (FETÖ) üzvü Bülənt Keneşin Türkiyəyə ekstradisiyası tələbinin rədd edildiyi açıqlanıb.

İsveç Ali Məhkəməsindən verilən açıqlamada ekstradisiya tələbinin yerinə yetirilməsi üçün şübhəlinin 1 il və ya daha çox müddətə azadlıqdan məhrum edilməsinin lazım olduğu və Keneş üçün belə bir durumun olmadığı bildirilib.

Prezident Rəcəb Tayyib Ərdoğan noyabrın 9-da İsveç Baş naziri Ulf Kristersson ilə görüşündə FETÖ-çü Bülent Keneşin təhvil verilməsinin Türkiyə üçün böyük önəm kəsb etdiyini demişdi.

“Today's Zaman” qəzetinin keçmiş baş redaktoru Keneş İsveçdə yaşayır.

İsveç NATO-ya üzvlüklə bağlı anlaşdığı Türkiyə qarşısında PKK və FETÖ terrorçularının Ankaraya təhvil verilməsinə dair öhdəlik götürüb. Türkiyə öhdəliklərini yerinə yetirilməyəcəyi təqdirdə İsveçin alyansa üzvlük prosesinə veto qoyacağını açıqlayıb.
/Teleqraf.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR