İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçdən Quran açıqlaması: "Bu, bizim imicimizə xələl gətirir"

İsveçin xarici işlər naziri Tobias Billström bildirib ki, İsveçdə Qurani-Kərimin yandırılması onun ölkəsinin yaxşı imicini pisə çevirə bilər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Billström İsveçdə Qurani-Kərimin yandırılması ilə bağlı təxribata verilən reaksiyalarla bağlı "Syndsvenskan" qəzetinə açıqlama verib. 

İsveçin öz reputasiyasını xilas etmək üçün mübarizə apardığını qeyd edən Billström deyib: “İsveç islamofob kimi göstərilməyə davam edərsə, uzun müddətdə onun yaxşı imici daha da pisləşəcək. İsveçin NATO-ya üzvlüyünün təsdiqi prosesində hansı nəticələrin olacağını proqnozlaşdırmaq çətindir. Bununla belə, hökumətin də ifadə azadlığını müdafiə etməsi vacibdir".

İsveç Xarici İşlər Nazirliyi dünən yaydıqları bəyanatda iyunun 28-də Stokholmda Qurban bayramının ilk günü məscidin qarşısında Qurani-Kərimin yandırılmasını pisləyib: “İsveç hökuməti başa düşür ki, ölkədəki nümayişlərdə ayrı-ayrı şəxslərin islamofob hərəkətləri müsəlmanlar üçün təhqiredici ola bilər. Biz heç bir halda İsveç hökumətinin fikirlərini əks etdirməyən bu hərəkətləri qətiyyətlə pisləyirik".

Quran və digər müqəddəs kitabların yandırılmasını “açıq-aşkar təxribat” kimi qiymətləndirən bəyanatda “İrqçilik, ksenofobiya və bununla bağlı dözümsüzlüyün İsveçdə və ya Avropada yeri yoxdur” fikri qeyd olunub.

Xatırladaq ki, İsveçin paytaxtı Stokholmda İraq əsilli Salvan Momika iyunun 28-də Stokholm məscidinin qarşısında polisin mühafizəsi altında Quranı yandırıb. Başda Türkiyə, İraq, Pakistan, İndoneziya və Əfqanıstan olmaqla, bir çox dövlətlər, o cümlədən ABŞ və Rusiya, eləcə də İslam ölkələri hadisəyə reaksiya verib.

İsveç administrasiyası da hadisə ilə bağlı araşdırmalara başlayıb. Reaksiyalardan sonra İsveç polisi Quranı yandırma hərəkətini həyata keçirən Momikaya qarşı "təxribat törətmək" cinayətinə görə iş açdıqlarını açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR