İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçdə yaşayan həmvətənlərimizin övladları da Türkiyəyə yardım göndərir - VİDEO

İsveçdə yaşayan həmvətənlərimizin azyaşlı övladları Türkiyədə baş verən dəhşətli zəlzələdən zərərçəkənlərə öz bacardıqları kimi yardımçı olmağa çalışırlar. Onlar öz təşəbbüsləri ilə bijuteriya məhsulları hazırlayaraq onlayn qaydada satışa ıxarıblar və iki gün ərzində bizim pul vahidi ilə götürsək, 500 manat vəsait toplayıblar. 

Bu barədə redaksiyamıza məlumat verən şəxs qeyd edir ki, yaxın günlərdə həmin vəsait Türkiyəyə göndəriləcək.

Bundan başqa, həmin uşaqların valideynləri də ayrıca Türkiyəyə, zəlzələdən zərər görənlər üçün geyim əşyaları göndəriblər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR