İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveç Ukraynaya “IRIS-T” və “Hawk” verəcək

İsveç Ukraynanı “IRIS-T” və “Hawk” hava hücumundan müdafiə sistemləri ilə təmin edəcək.

“Report” “RBC Ukraina”ya istinadən xəbər verir ki, bu barədə İsveçin Baş naziri Ulf Kristersson müdafiə naziri Pol Yonssonla birgə keçirdiyi keçirdiyi mətbuat konfransında bildirib.

Hökumət başçısı qeyd edib ki, ölkəsi texniki yardım paketinə hava hücumundan müdafiə sistemləri ilə yanaşı, “Leopard” tanklarını da daxil edəcək.

“Rusiyanın hava üstünlüyü əldə etməməsi üçün Ukraynanın hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var. Bu, uzunmüddətli perspektivdə təmin etməli olduğumuz fürsətdir”, - P.Yonsson əlavə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR