İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveç-Türkiyə təhlükəsizlik iclasının təxirə salınma səbəbi açıqlandı  

İsveçlə Türkiyə arasında Türkiyədə keçirilməsi nəzərdə tutulan təhlükəsizlik iclasının təxirə salınmasının səbəbi məlum olub.

Musavat.com Reuters-ə istinadən xəbər verir ki, səbəb İsveçin nümayəndə heyətini Türkiyəyə aparan təyyarənin nasazlıq üzündən geri qayıtmasıdır.

Belə ki, İsveç rəsmilərinin agentliyə verdiyi məlumata görə, İsveçin xarici işlər naziri və ədliyyə nazirini daşıyan təyyarə Türkiyəyə gedərkən texniki nasazlıq səbəbindən Stokholma qayıdıb.

İsveç Xarici İşlər Nazirliyi bildirib ki, ekipaj və sərnişinlər təhlükə altında deyillər və görüş üçün yeni tarix təyin olunacaq.

Qeyd edək ki, bu gün İsveçin xarici işlər naziri Maria Malmer Stenergaard və ədliyyə naziri Qunnar Strommer Türkiyə rəsmiləri ilə Stokholmun NATO-ya üzv olmaq üçün Ankaranın təklifi ilə razılaşdırılmış təhlükəsizlik paktını müzakirə etmək üçün ilk görüşlərini keçirməli idilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR